Berti Foqts: “Yoldaşlıq matçında 2-3 gənc futbolçunu yoxlamaq istəyirəm”

Berti Foqts: “Yoldaşlıq matçında 2-3 gənc futbolçunu yoxlamaq istəyirəm”
# 16 yanvar 2014 07:54 (UTC +04:00)

Bakı-APA. “Tuğrul Eratı millinin mart ayında reallaşacaq Dubay toplanışına çağırmağı düşünürəm. Yoldaşlıq matçında kiminlə qarşılaşacağımız hələ dəqiqləşməyib. Ancaq toplanışda 2-3 gənc futbolçunu yoxlamaq istəyirəm”. Bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.


Almaniyanın “Bild” nəşrinə danışan 67 yaşlı mütəxəssis 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tuğrul Eratla bağlı fikirlərini bölüşüb. O, II Bundesliqada çıxış edən Düsseldorf “Fortuna”sının şərəfini qoruyan gənc futbolçunun onda yaxşı təəssürat oyatdığını deyib: “Erat U-21-in heyətindı Təl-Əvivdə İsraila qarşı oyunda diqqətimi çəkdi. Daha sonra televiziya vasitəsi ilə onu “Fortuna”nın heyətində “Kayzerslautern”ə qarşı oyununu izlədim. Yaxşı oyunçudur, futbolçu kimi müsbət təsir bağışlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR