Bakı İstintaq təcridxanasında kameradan mobil telefon tapılıb

Bakı İstintaq təcridxanasında kameradan mobil telefon tapılıb
# 27 noyabr 2013 13:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1995-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5; 180.2.1 və 180.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Asif Samir oğlu Əliyevin kamerasına baxış keçirilib. Bu zaman kameranın gəzinti otağındakı gizli saxlanc yerindən ona məxsus olan, daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR