“Bakı” klubunun prezidenti Monako knyazı ilə görüşüb

“Bakı” klubunun prezidenti Monako knyazı ilə görüşüb
# 21 oktyabr 2013 11:45 (UTC +04:00)

Bakı – APA. “Bakı” klubunun prezidenti Hafiz Məmmədov Monako knyazı II Albertlə görüşüb. Apasport.az saytının məlumatına görə, Fransa səfərində bir sıra məşhur simalarla görüşən klub başçısı ilə kral “Hotel de Paris” otelində bir araya gəlib.

Məmmədov II Alberti “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib. Ardından knyaza Azərbaycan futbolu haqda məlumat verilib.

II Albert də Məmmədovun “Lans”a göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb. Görüşün sonunda Monako knyazı İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, Məmmədov bunadək Didye Droqba və Radamel Falkao ilə də görüşmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR