Göygölün bəzi kəndləri qazsız qalıb

Göygölün bəzi kəndləri qazsız qalıb
# 12 dekabr 2013 11:37 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Bu gün səhər saatlarından başlayaraq Göygöl rayonunun bir neçə kəndinə qazın verilişində problemlər yaranıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun ucqar kəndləri də daxil olmaqla təxminən 6-7 kənddə abonentlər qazsız qalıb.

Göygöl rayon Qaz İstismarı Sahəsindən APA-nın qərb bürosuna bildiriblər ki, havaların soyuması, qar yağması ilə əlaqədar olaraq qaza olan tələbat artıb və qazın təzyiqi aşağı düşüb nəticədə bəzi kəndlərdə qaz təminatı dayanıb.

Sahədən qeyd ediblər ki, artıq məsələ ilə bağlı yuxarı instansiyalara məlumat verilib. Axşam saatlarına kimi rayona verilən qazın həcmi artırılacaq, bundan sonra qazla bağlı heç bir problem yaşanmayacaq.

Göygöl rayonunun 23 kəndi təbii qazla təmin edilib. Hazırda rayonda 11 700-ə yaxın təbii qazdan istifadə edən abonent var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR