Kiyevdə etirazçılar metronun “Kreşatik” stansiyasının çıxışında barrikada qururlar

Kiyevdə etirazçılar metronun “Kreşatik” stansiyasının çıxışında barrikada qururlar
# 24 yanvar 2014 04:18 (UTC +04:00)

Bakı-APA. Kiyevdə etirazçılar metronun “Kreşatik” stansiyasının İnstitutski küçəsindəki yuxarı çıxışının qarşısında barrikada qurmağa başlayıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, barrikada Olqinski küçəsinə bitişik qurulur. Barrikadanın qurulmasında etirazçılar qarla doldurulmuş kisələrdən, tikinti materialların qalıqlarından, zibil yeşiklərindən, taxta parçalardan istifadə edirlər.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara heç bir müdaxilə etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR