Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək
# 13 noyabr 2013 11:53 (UTC +04:00)

Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimov noyabr ayının 15-i saat 11.00-da Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

APA-nın xəbərinə görə, qəbulda Mingəçevir şəhəri ilə yanaşı, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsu (Dağlıq Şirvan) rayonlarından olan sakinlər də iştirak edəcəklər.

Qəbul saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR