Bakıda «The Economist» jurnalının «Dünya 2014» illik nəşrinin təqdimatı keçirilib

Bakıda «The Economist» jurnalının «Dünya 2014» illik nəşrinin təqdimatı keçirilib
# 21 fevral 2014 13:00 (UTC +04:00)

«APA-Economics»in xəbərinə görə, tədbirdə Universitetin rektoru Hafiz Paşayev, tələbə və müəllim heyəti, eləcə də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, Böyük Britaniyanın səfiri İrfan Sıdıq, Azərbaycanda fəaliyyət göstərən bir çox şirkət və təşkilatların nümayəndələri iştirak ediblər.


Nəşri dərc edən «GT Group»un baş meneceri, «The Economist» jurnalının Azərbaycandakı baş lisenzioru George Şaraşidze bildirib ki, bu il jurnal Azərbaycandan başqa dünyanın 42 ölkəsində nəşr olunacaq. Jurnalın artıq Azərbaycanda da əlçatanlı olması çox xoşdur.


«Bu jurnal oxumağı, öyrənməyi sevən insanlar üçün nəzərdə tutulub. Burada ən mühüm məqam jurnalın Azərbaycan dilində nəşr olunmasıdır. Jurnalda biznes, maliyyə, texnologiya, beynəlxalq münasibətlər, iqtisadiyyat sahələrinə aid həm Azərbaycan, həm Amerika və Çin, eləcə də dünyanın bir çox ölkələrini əhatə edəcək məqalələr yer alıb. Jurnalda azərbaycanlı nazirlər, ölkədəki aparıcı şirkətlərin rəhbərlərinin məqalələri yer alıb. Həmçinin, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin də bu ölkə ilə bağlı yazıları jurnalda dərc olunub. Oxucular jurnaldakı məqalələr sayəsində həm Azərbaycanda, həm də dünyada müəlliflərin bu ili necə gördükləri, onların proqnozları, qeyd edilən sahələrə dair informasiya əldə edəcəklər. Dərgi oxucunun dünya görüşünü, dünyada baş verən hadisələri təhlil etmək bacarıqlarını inkişaf etdirəcək. Hesab edirəm ki, azərbaycanlı oxucular bu jurnalı bəyənəcəklər», - deyə G.Şaraşidze qeyd edib.


ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstar, Böyük Britaniyanın Azərbaycandakı səfiri İ.Sıdıq, eləcə də ADA Universitetinin redaktoru H.Paşayev də jurnalın ilk dəfə Azərbaycanda nəşr olunması münasibətilə G.Şaraşidzeni təbrik edib və uğurlar arzulayıblar.

Qeyd edək ki, «Dünya» jurnalı ilk dəfə 28 il bundan əvvəl «The Economist» jurnalının illik hadisələr və tendensiyalar üzrə proqnozlarının əks olunduğu bir nəşr kimi çap olunub. Jurnalda «The Economist»in redaktorları, o cümlədən iqtisadiyyat, siyasət, biznes, elm və texnologiya sahələri üzrə tanınmış peşəkarlar tərəfindən yazılan məqalələr dərc olunur.


«Dünya 2014» jurnalı Azərbaycanda 3 000 tirajla dərc olunub, satış qiyməti isə 5 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR