Sloveniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Nova Qoritsa şəhərində olub

Sloveniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Nova Qoritsa şəhərində olub
# 20 may 2014 15:16 (UTC +04:00)

Bakı – APA. Sloveniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Nova Qoritsa şəhərinə səfər edib və səfər çərçivəsində şəhər merinin müavini Mitya Trtnik ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Trnova qəsəbəsindəki xatirə parkında yerləşən memorial abidəni ziyarət edib. Buradakı qardaşlıq qəbiristanlığında uyuyan və adları arxiv sənədləri əsasında yeni tapılmış 22 Azərbaycan oğlunun adı yeni xatirə lövhəsinə həkk olunub və onların məzarları yenidən qurulub.

Səfir Qalib İsrafilov çıxışında bildirib ki, Azərbaycan igidləri bu torpaqların azad olunmasında şücaət göstərib və qəhrəmanlıqla həlak olublar.

Səfər çərçivəsində Sovet İttifaqı Qəhrəmanı, Sloveniya xalqının alman faşizminə qarşı partizan mübarizəsinin qəhrəmanı Mehdi Hüseynzadənin Çepovan kəndindəki məzarı və memorial abidə kompleksi, həmçinin onun Şempas qəsəbəsindəki abidəsi və xatirə muzeyi ziyarət edilib.

Nova Qoritsa şəhər kitabxanasının direktoru Rayko Slokar və Nova Qoritsa üzrə Tarixi Məzarlıqlar və Abidələr Komissiyasının rəhbəri İvan Trop bu məzarlıqda və ətraf ərazilərdəki digər məzarlıqlarda dəfn edilən azərbaycanlı döyüşçülər barədə danışıb, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində lazımi səylərin göstəriləcəyinə dair vəd verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR