Çeçenistanda piyadaların döyüş maşını partladılıb, 4 Rusiya hərbçisi həlak olub, daha 7 hərbçi yaralanıb

Çeçenistanda piyadaların döyüş maşını partladılıb, 4 Rusiya hərbçisi həlak olub, daha 7 hərbçi yaralanıb
# 03 aprel 2014 22:42 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN açıqlamasında bildirilir.

Açıqlamada bildirilir ki, Daxili Qoşunlarına məxsus PDM Çeçenistanın Açxoy-Martan rayonunun Yandi kəndi yaxınlığında partlayıcı qurğuya düşüb, baş vermiş partlayış nəticəsində 4 hərbçi həlak olub, daha 7 hərbçi isə yaralanaraq Qroznıdakı tibbi-sanitar taboruna aparılıb”, deyə açıqlamada bildirilir.

İstintaq Komitəsinin məlumatına görə, insident ötən gün 11.40-da baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR