Eldəniz Quliyev: “Müsavat Partiyası parlamentdə də təmsil olunacaq, qərargahları da olacaq”

Eldəniz Quliyev: “Müsavat Partiyası parlamentdə də təmsil olunacaq, qərargahları da olacaq”
# 07 yanvar 2014 11:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Müsavat Partiyası mütləq gedəcəkdi. Milli Şura yaranarkən bu partiyanın sərgilədiyi ikili münasibət, vahid namizəd məsələsini yubadaraq qurumu seytnota salmaları, Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı məntiqə və siyasi etikaya sığmayan mövqeləri onların qurumun fəaliyyətində maraqlı olmadıqlarını göstərirdi”.

Bunu APA-ya açıqlamasında El Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.

E. Quliyev bildirib ki, Milli Şura məsələsində Müsavat Partiyasının mövqeyi ilə hakimiyyətin mövqeyi üst-üstə düşdüyü üçün partiya qurumdan çıxmağı ləngidib: “İndi isə onlara lazımi yerdən mesaj gəlib. Belə getsə, ya Müsavat Partiyası haqqında keçmiş zamanda danışacağıq, ya da bu partiya hakimiyyətyönlü olacaq. Yəni Müsavat Partiyası parlamentdə də təmsil olunacaq, qərargahları da olacaq. Ancaq bu partiyanın 1918-ci ildə yaranmış Müsavat Partiyası ilə bağlılığı olmayacaq”.

“El” Hərəkatının Milli Şuranı tərk etməyi planlaşdırmadığını deyən E. Quliyev sözlərinə görə, kənardan görünən mənzərə budur ki, müxalif düşərgədə vəziyyət çox pisdir, bu vəziyyətdən çıxmaq üçün yeganə nərdivan isə ancaq Milli Şuradır: “Nə “El” Hərəkatının, nə AXCP-nin, nə də digər qüvvələrin Milli Şuranın parçalamasına yol vermək olar. Bu zərbəni dəf edib, daha sıx, sağlam cərgə ilə qabağa getməliyik. Milli Şuranın öhdəsinə götürdüyü missiya yerinə yetirilməyib. Cəmiyyət deyir ki, ya bir yerdə olmalısınız, ya da sizinlə vidalaşacağıq”.

O, Müsavat Partiyasının atdığı son addımdan sonra “El” Hərəkatının Müsavat Partiyasının təklif etdiyi əməkdaşlıq sazişinə cavabının da artıq bəlli olduğunu dilə gətirib: ““El” Hərəkatının Müsavat Partiyası ilə əməkdaşlığa cavabı “yox” olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR