MQİMO-da təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirilir

MQİMO-da təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirilir
# 29 may 2014 14:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 30-da Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul haqda məlumatlar KİV-də dərc edilib, qəbul elanı, bununla bağlı bütün məlumatlar, o cümlədən müsabiqə şərtləri TQDK-nın rəsmi internet səhifəsində (www.tqdk.gov.az) yerləşdirilib. Azərbaycan vətəndaşlarının bakalavriatura səviyyəsində MQİMO-da təhsil alması üçün 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat TQDK-da aparılıb. Qəbul imtahanında iştirak etmək üçün 8 nəfər qeydiyyatdan keçib. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olaraq çap edib götürə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR