Bakı. Pərviz Nuriyev - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,43 dollar ucuzlaşaraq 1 barelə görə 102,21 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,28 dollar ucuzlaşaraq 108,12 dollar olub.