Bakının “Lokomotiv” klubu daha bir əcnəbi voleybolçu ilə vidalaşıb

Bakının “Lokomotiv” klubu daha bir əcnəbi voleybolçu ilə vidalaşıb
# 13 yanvar 2014 10:34 (UTC +04:00)

Bakı - APA. “Lokomotiv” daha bir voleybolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, CEV kubokunda ölkəmizi təmsil edən “dəmiryolçular” türkiyəli Gizem Giraygilin ardınca amerikalı Uitni Dosti ilə də müqaviləni qarşılıqlı şəkildə pozub.


Mövsümün əvvəlində Bakı klubuna transfer olunan hücumçu ölkəmizi azad agent kimi tərk edib.


Qeyd edək ki, “Lokomotiv”də bu oyunçuları Tereza Matuşkova Rossi (hücumçu) və Milena Radeçka (toppaylayıcı) əvəzləyəcək. Onlar bir müddət öncə kluba cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR