Balakəndə fərdi ev yanıb

Balakəndə fərdi ev yanıb
# 15 noyabr 2013 19:01 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə yanğın hadisəsi baş verib. Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Meşəşanbul kəndində, Qantayev Mahmadibir Əhma oğlunun yaşadığı evin həyətyani sahəsində tikilmiş ümumi sahəsi 168 kv/m olan birmərtəbəli 4 otaqan ibarət yardımçı tikilidə baş verib.

Hadisə yerinə FHN-nin Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Baş vermiş yanğın nəticəsində Mahmadibir Qantayevə məxsus yardımçı tikilinin 128 kv/m sahəsində yanar konstruksiyalar və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahibi Mahmadibir Qantayev əl nahiyəsindən yanıq xəsarəti alıb. Ona Balakən Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR