Azərbaycanlı iş adamları İstanbulda keçiriləcək zərgərlik sərgisinə dəvət olunur

Azərbaycanlı iş adamları İstanbulda keçiriləcək zərgərlik sərgisinə dəvət olunur
# 05 fevral 2014 11:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyədə "Istanbul Jewelry Show” 38-ci beynəlxalq zərgərlik məmulatları sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərgi martın 20-23-də İstanbul şəhərində baş tutacaq.

Sərgidə iştirak edəcək qonaq firma nümayəndələri üçün nahar və yerləşmə xərcləri təşkilatçı tərəfdən qarşılanmaqdadır. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən iş adamları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR