“Qarabağ” hazırlıqlarını Türkiyədə davam etdirəcək

“Qarabağ” hazırlıqlarını Türkiyədə davam etdirəcək
# 12 iyun 2013 15:11 (UTC +04:00)

Bakı - APA. “Qarabağ” sabah Türkiyəyə yollanacaq. Apasport.az saytının məlumatına görə, Avroliqaya hazırlaşmaq üçün qardaş ölkəyə gedəcək komanda iyunun 8-dən başlayan hazırlıqlarının Bakı mərhələsini başa çatdırıb.


Ağdam təmsilçisi sabah səhər Bakı – Ankara reysiylə yola düşəcək. Komanda axşam Qızılcahamamda məşqə çıxacaq. “Qarabağ” Avroliqanın püşkünə qədər Türkiyədə məskunlaşacaq.

Püşkə əsasən komanda ilk oyununu evdə keçirməli olsa iyunun 28-i Bakıya qayıtmağı planlaşdırır. Əks halda, Türkiyədən səfər oyununa yollanacaq.

Qeyd edək ki, Avroliqanın ilk turunun oyunları iyulun 4-ü və 11-i keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR