Bakının Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Bakının Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 noyabr 2013 21:30 (UTC +04:00)

Bakı. Fərahim Qasımov- APA. Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücü qəza törədib. APA-nın məlumatına görə, "KİA Optima" markalı, 90 RS 460 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək “Şəfa” stadionunun yaxınlığında yoldan çıxıb. Avtomobil prospektdəki işıq dirəklərinə çırpılıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Nərimanov Rayon Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Qəza ilə bağlı prospektdə sıxlıq meydana gəlib. Qəza törədən maşın ərazidən evakuasiya edildikdən sonra nəqliyyatın hərəkəti tam bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR