Bakı – APA. “Xəzər Lənkəran”ın transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, cənub təmsilçisi braziliyalı Eliası heyətinə qatmaq istəyir.
Tam adı Elias Ribeyro de Oliveyra olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi baş məşqçi Mustafa Dənizlinin istədiyi futbolçudur. Türkiyəli mütəxəssis məhz bu tip oyunçu ilə güclənmək istədiklərini dəfələrlə söyləsə də, ad çəkməmişdi. Lakin artıq Eliasla danışıqlara start verilib.
Cənubi amerikalı və onun məxsus olduğu “Atletiko Paranaense” ilə danışıqlar aparan “Xəzər Lənkəran” onunla birbaşa müqavilə bağlamaq niyyətindədir. “San Paulu”nun yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində vətənində “Bahia”, “Vasko di Qama”, “Fluminense”, “Atletiko Qoyaniense”, “Fiqueyrense”, BƏƏ-də “Əl-Əyn” klubunun şərəfini qoruyub. Elias 2012-ci ildən indiki komandasına keçib. Həmin vaxt B seriyasında çıxış edən Kuritiba təmsilçisi yüksək liqaya vəsiqə qazanıb.
2013-cü ilə “Atletiko Paramnense”nin 10 nömrəli formasında başlayan yarımmüdafiəçi mövsümün sonunda Braziliya çempionatının A seriyasının bürünc medalının qazanılmasında pay sahibi olub. Lakin iddialı klubda 6 matçda meydana çıxdıqdan sonra Elias “Ponte-Preta”ya icarəyə verilib. Ötən ilin son 4 ayını burada keçirən futbolçu 11 matçda 2 qol vurub. Orta sahə oyunçusu Ronaldinyonun çıxış etdiyi “Atletiko Mineyro” və Zeedorfun şərəfini qoruduğu “Botafoqo”nun qapısına yol tapıb. Lakin onun komandası aşağı dəstəyə yuvarlanıb.
Bundan başqa, qitə kuboklarında Argentina təmsilçisi “Veles Sarsfild”i də məyus edib. Ümumilikdə isə 2013-cü ildə A seriyasında 17 oyuna 2, qitə kuboklarında 7 oyuna 1, ölkə kubokunda 5 matça 1 dəfə fərqlənən Elias son turnirdəki qolunu “Atletiko Parannaense”də vurub.
“Xəzər Lənkəran” A seriyasında oynayan futbolçunu transfer edir
22 yanvar 2014 12:04 (UTC +04:00)
Futbol
Konfrans Liqasının final matçının stadionu dəyişdirilə bilər
16:29
11 may 2024
Kilian Mbappe "PSG"-dən gedəcəyini açıqlayıb - VİDEO
22:20
10 may 2024
“Borussiya” Çempionlar Liqasının finalında uduzsa, rəqibi “Real”dan daha çox pul qazanacaq
13:34
10 may 2024
"Fənərbaxça" baş məşqçi İsmail Kartalla yolları ayırır
12:54
10 may 2024