Azərbaycan Diplomatik Akademiyasında Argentina Günü keçirilib - FOTO - VİDEO

Azərbaycan Diplomatik Akademiyasında Argentina Günü keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 noyabr 2013 08:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Ölkə günləri” tədbiri silsiləsindən olan Argentina Günü keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan və Argentina arasındakı diplomatik əlaqələrin 20 illiyinə həsr olunmuş tədbirdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Argentinanın Azərbaycandakı səfiri Karlos Riva, digər rəsmi şəxslər yerli və xarici tələbələr iştirak ediblər.

H.Paşayev çıxışında iki ölkə arasında əlaqələrin 20 ildə keçdiyi inkişaf mərhələsindən danışıb. O qeyd edib ki, bu kimi tədbirlər Azərbaycan və Argentina arasında mədəni, siyasi, sosial və iqtisadi əlaqələri daha da yaxın edəcək.

Sonra ADA-da magistratura pilləsində təhsil alan Noemi Rabbia və ADA-nın argentinalı məzunu Tomas Xerbasio ölkələri haqqında məlumatlandırıcı təqdimatla çıxış ediblər. Argentinanın tarixi, siyasi prosesləri, sosial-iqtisadi inkişafı, milli mədəniyyəti, incəsənəti barədə slaydlar, video çarxlar təqdim olunub.

Tədbir çərçivəsində ADA ilə Buenos Ayres Universiteti və Rosario Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb. Bildirilib ki, iki ölkə universitetləri arasında güclü tələbə mübadiləsinə şərait var. Eyni zamanda səfirlik tərəfindən təşkil olunmuş fotosərgi də təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR