Asiya İnkişaf Bankı: Azərbaycanda yanacağın bahalaşması inflyasiyanı 9%-dək artıracaq

 Asiya İnkişaf Bankı: Azərbaycanda yanacağın bahalaşması inflyasiyanı 9%-dək artıracaq
# 16 dekabr 2013 09:30 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bildirib.

Onun sözlərinə görə, qiymətlərin artırılmasının iqtisadi təsirinin dəqiq qiymətləndirilməsi Bank tərəfindən gələn ilin yanvar ayında aparılacaq. Lakin ilkin hesablamalara görə, bu, gələn il üçün inflyasiyanın səviyyəsinin 9%-dək artmasına səbəb olacaq.

N.Vəliyev bildirib ki, Azərbaycanda yanacağın bahalaşması həm istehlak qiymətlərinin artmasına, həm də istehlak tələbatının azalmasına təsir edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR