Abbas Əraqçı: “Müzakirələrdə mübahisəli məsələlərlə bağlı hələ razılıq əldə olunmayıb”

Abbas Əraqçı: “Müzakirələrdə mübahisəli məsələlərlə bağlı hələ razılıq əldə olunmayıb”
# 22 noyabr 2013 11:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Cenevrədə İranla “altılıq” ölkələrində keçirilən nüvə müzakirələrində mübahisəli məsələlərlə bağlı hələ razılıq əldə olunmayıb”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, tərəflər razılıq əldə olunacağı təqdirdə, Cenevrədə olmaq üçün daha hazırlıqlıdırlar: “Birgə razılığın əldə olunması üçün müzakirələrdə irəliləyiş baş verib. Lakin bəzi mübahisəli məsələlərlə bağlı hələlik heç bir inkişaf yoxdur”.

A.Əraqçı deyiib ki, İran tərəfindən ölkə torpaqlarında uranın zənginləşdirilməsi hüququ tanınmayan və özündə ehtiva etməyən heç bir razılaşma qəbul edilə bilməz.

İran xarici işlər nazirinin müavini vurğulayıb ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun koordinasiya yaratmaqda işi çətindir: “Çünki qarşı tərəfin dünyagörüşləri fərqlidir və davamlı ölkə rəsmiləri ilə təmas halındadırlar. Lakin bizim üçün onların problemlərinin nə olduğu mühüm deyil. Çünki biz ölkələr ilə deyil, K.Eştonla müzakirələr aparırıq. Əgər qarşı tərəf meylli olarsa, razılaşma əldə oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR