İraqda 13 nəfər partlayışın qurbanı olub

İraqda 13 nəfər partlayışın qurbanı olub
# 12 oktyabr 2013 21:24 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdad şəhərindən 110 km aralıda yerləşən Samarra şəhərində törədilmiş partlayış nəticəsində 13 nəfər ölüb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, partlayıcı qurğu şəhərin Əl Şurta rayonunda avtomobildə işə salınıb. Terror aktı nəticəsində azı 18 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Qeyd edək ki, sentyabrın 20-də Samarrada məscidin qarşısında törədilmiş partlayış nəticəsində 16 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR