BQXK nümayəndələri Azərbaycanda əsirlikdə olan erməni hərbçi ilə görüşüblər

BQXK nümayəndələri Azərbaycanda əsirlikdə olan erməni hərbçi ilə görüşüblər
# 15 oktyabr 2013 08:08 (UTC +04:00)

APA-nın Aysor.am saytına istinadən verdiyi məlumata görə, bu barədə BQXK-nın İrəvan nümayəndəliyinin kommunikasiyalar üzrə proqramın rəhbəri, xanım Zara Amatuni bildirib.

Onun sözlərinə görə, oktyabrın 14-də keçirilən görüş zamanı BQXK təmsilçiləri A. İnciqulyana ailə üzvlərindən məktub təqdim edib, qohumları haqqında bəzi xəbərləri çatdırıblar.

A. İnciqulyanın üçüncü ölkəyə göndərilməsinə dair məlumatlarla bağlı verilən sualı cavablandıran BQXK rəsmisi hərbçinin hələ də Azərbaycanda saxlandığını bildirib: «Məsələ ilə bağlı hələlik başqa şərhimiz yoxdur».

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının katibi Şahin Sayılov bir qədər əvvəl APA-ya açıqlamasında A. Akop İnciqulyanın üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə müraciət etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR