Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin Azərbaycan dilini hərtərəfli öyrənmələri, onlarda ana dilinə məhəbbət hissinin gücləndirilməsinin təmin edilməsi əsas vəzifələrdən biridir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, tədris Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin tədris planında Azərbaycan dilinə ibtidai siniflərdə 39, V-XI siniflərdə 22, ümumilikdə 61 saat vaxt ayrılıb. Tədris digər dillərdə aparılan məktəblərin tədris planında da dövlət dili kimi Azərbaycan dilinin tədrisinə I-XI siniflərdə 22 saat vaxt verilib. Tədris illəri ərzində keçirilən inşa yazı, bədii qiraət müsabiqələri, respublika səviyyəsində keçirilən Azərbaycan dili və ədəbiyyat fənn olimpiadası şagirdlərin Azərbaycan dilində rabitəli nitq bacarıqlarının, nitq mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın icrası ilə əlaqədar təhsil nazirinin müvafiq əmri ilə geniş Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planında Azərbaycan dili fənni üzrə təhsil proqramlarının (kurikulumların) təkmilləşdirilməsi, «Azərbaycan dilinin tədrisi metodikası» fənninin yeni proqramının hazırlanması, elmi-praktik konfransların, seminar və dəyirmi masaların, müsabiqələrin və digər tədbirlərin keçirilməsi, müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub.
Azərbaycan dilinin təhsil müəssisələrində tədrisi ilə əlaqədar Fəaliyyət Planı təsdiq edilib
27 iyul 2013 14:28 (UTC +04:00)
Sosial
Səfərbərlik Xidməti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında razılaşma imzalanıb
12:05
30 aprel 2024
Nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
11:15
30 aprel 2024
Ötən ay 3,6 min nəfərdən çox şəxsə pensiya təyinatı aparılıb
11:00
30 aprel 2024
FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edib
10:22
30 aprel 2024