«Sazz Internet» ənənəvi yay kampaniyasına başlayır

«Sazz Internet» ənənəvi yay kampaniyasına başlayır
# 31 may 2013 13:25 (UTC +04:00)

Bakı – APA-Economics. «Sazz İnternet»in artıq ənənəyə çevrilmiş mövsüm kampaniyası bu il «Yaya Sazzlan» adı altında keçiriləcək. İyunun 1-dən sentyabrın 15-dək davam edəcək kampaniya çərçivəsində «Sazz İnternet» mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli paketlər hazırlayıb.

«APA-Economics»in məlumatına görə, mövcud abunəçilər kampaniyanın qüvvədə olduğu müddət ərzində növbəti istifadə haqlarını ödəyərkən əlavə pulsuz İnternet vaxtı əldə edəcəklər. Belə ki, 60 günlük istifadə haqqını birbaşa ödəyən «Sazz» abunəçilərinə əlavə 7 gün, 90 günlük istifadə haqqını ödəyənlərə əlavə 15 gün, 120 günlük istifadə haqqını ödəyənlərə isə əlavə 30 gün pulsuz İnternet hədiyyə olaraq təqdim ediləcək. Beləliklə, faktiki olaraq bu paketlərdən faydalanan abunəçilərə İnternetdən istifadə haqqı 10-20% daha ucuz başa gələcək.

«Sazz» abunəçisi olmaq istəyən yeni müştərilərə gəlincə, «Yaya Sazzlan!» kampaniyasında yer alan paketlər də ötən ilkilərdən daha sərfəlidir.

Belə ki, 90 günlük abunə haqqını ödəyib «AX 326 Sazz» USB modemini pulsuz əldə etmək imkanını verən 75 manatlıq paketlə yanaşı yeni müştərilərə bu dəfə 150 günlük paket də təklif edilir. Qiyməti 125 manat olan həmin paketdə 1 ədəd «AX326» USB modemi və 30 günlük əlavə İnternet hədiyyə kimi nəzərdə tutulub.

«Sazz İnternet»ə stasionar Wi-Fi mərkəzi ilə qoşulmağı üstün tutanlar 139 manatlıq paketi əldə edərək «İX 380» stasionar modem və 60 günlük İnternetdən istifadə haqqı ilə yanaşı öz istəklərinə görə iki hədiyyədən birini: 30 günlük əlavə İnternet haqqını və ya «AX 326» USB modemini seçə biləcəklər.

Nəhayət, simsiz portativ «Wimaxion» modeminin arzusunda olanlar üçün də sərfəli təklif nəzərdə tutulub. Belə ki, «Wimaxion» portativ modemini alıb, 60 günlük abunə haqqını ödəyənlərə 30 gün əlavə İnternet vaxtı hədiyyə olunacaq. Bu paketi 169 manata əldə etmək mümkündür.

Kampaniyadan «Sazz İnternet»in Süleyman Rüstəm küçəsi,9 ünvanında yerləşən baş ofisində və bütün «Sazz İnternet» satış məntəqələrində faydalanmaq olar. Abunə haqqı ödənişlərini bütün «Sazz» ofislərində, eləcə də www.sazz.az saytında yerləşdirilmiş «şəxsi kabinet» vasitəsilə «online» həyata keçirmək olar.

Xatırladaq ki, «Sazz İnternet» həmişə olduğu kimi hər yeni abunəçiyə İnternet xidmətini 5 gün ərzində 200 MBit trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda «Sazz İnternet» Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda isə «Sazz İnternetin» əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR