Boris Berezovski bu gün Surrey qraflığında dəfn olunacaq

Boris Berezovski bu gün Surrey qraflığında dəfn olunacaq
# 08 may 2013 04:26 (UTC +04:00)

Bakı-APA. Tanınmış rusiyalı sahibkar Boris Berezovskinin dəfni bu gün yerli vaxtla 13.30-da (Baki vaxtı ilə 16.30-da) Surrey qraflığının qəbiristanlıqlarının birində dəfn olunacaq. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Boris Berezovskinin yeznəsi Yeqor Şuppe məlumat verib.

“Ailə bütün çətinlikləri keçməyə bacardı. Dəfn mayın 8-də saat 13.30 radələrində Londonda yox, şəhərdən kənarda yerləşən Surrey qraflığında baş tutacaq”, deyə o bildirib.

“Dəfndə onu son mənzilə yola salmaq istəyən demək olar ki bütün şəxslər gələcək. Şübhəsiz ki, bu ailə məsələsidir, lakin burada söhbət tarixi şəxsdən gedir”, deyə o qeyd edib.

Yeqor Şuppe qeyd edib ki, mərasimə jurnalistlər dəvət olunmayıb. “İmkan verin biz onu torpağa tapşıraq”, deyə o bildirib.

Boris Berezovskinin meyiti 2013-cü ilin martın sonlarında onun Böyük Britaniyadakı şəxsi evində aşkarlanıb. Tibbi ekspertizanın ilkin rəyinə əsasən, ölümə səbəb asılma ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR