Gülağa Aslanlı: “İsa Qəmbərin namizədliyinin saxlanması Milli Şuranın ehtiyat namizədinin olmasına xidmət edir”

Gülağa Aslanlı: “İsa Qəmbərin namizədliyinin saxlanması Milli Şuranın ehtiyat namizədinin olmasına xidmət edir”
# 30 iyul 2013 12:51 (UTC +04:00)

AXCP Ali Məclisinin sədri Həsən Kərimov APA-ya açıqlamasında bildirib ki, R. İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması prosesi uzanacağı təqdirdə, Milli Şura onun Azərbaycana dönməsi və seçkilərdə iştirakı istiqamətində səy göstərməlidir. Milli Şuranın seçki ilə bağlı ehtiyat variantları və ehtiyat namizədinə gəldikdə isə, H. Kərimov buna ehtiyac olmadığını qeyd edib: “Milli Şuranın hazırda ehtiyat variant və ya ehtiyat namizəd məsələsini müzakirə etmək fikri yoxdur. Çünki bu gün Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi kimi Azərbaycana dönməsi və qeydiyyata alınması məsələsi gündəmdədir. Bütün diqqəti yalnız bu istiqamətə yönəltmək lazımdır”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya deyib ki, istənilən halda Milli Şura seçkidə iştirak etməlidir. G. Aslanlının sözlərinə görə, Müsavat Partiyası Milli Şuranın ehtiyat namizədi və ehtiyat variantının olması tərəfdarıdır: “Milli Şura məhz bu məqsədlə yaradılıb. Müsavat başqanı İsa Qəmbərin namizədliyinin bu günə qədər saxlanması da Milli Şuranın ehtiyat namizədinin olmasına xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR