Azay Quliyev ATƏT-in Bakı ofisinin rəsmisi ilə görüşüb - FOTO

Azay Quliyev ATƏT-in Bakı ofisinin rəsmisi ilə görüşüb  - <span style="color: red;">FOTO
# 11 iyun 2013 15:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbərinin müavini xanım Monika Martinezlə görüşüb. Şuradan APA-ya verilən məlumata görə, görüşdə M.Martinez “İctimai birliklər və fondlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı ATƏT-in Bakı ofisinin qeyd və təkliflərini təqdim edib.

A.Quliyev “İctimai birliklər və fondlar haqqında” qanunla əlaqədar Şuraya hər hansı bir rəsmi təklifin daxil olmadığını və Milli Məclisdə bu məsələnin hazırda müzakirə edilmədiyini bildirib. Daha sonra ATƏT və Şura arasında əməkdaşlıq imkanlarının artırılması ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR