Putin: İranın yeni prezidenti nüvə problemini həll edə bilər

Putin: İranın yeni prezidenti nüvə problemini həll edə bilər
# 17 iyun 2013 22:51 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin İranda yeni dövlət başçısı seçilməsinin ölkənin nüvə probleminin həllinə səbəb olacağına ümid edir.

«Seçkidən sonra İranda ölkənin nüvə probleminin həlli üçün yeni imkanlar yaranacağına ümid edirik», deyə Putin Barak Obama ilə görüşdən sonra jurnalistlərə bildirib. Rusiya dövlət başçısının sözlərinə görə, Moskva buna həm ikitərəfli, həm də beynəlxalq danışıqlar prosesi çərçivəsində dəstək vermək fikrindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR