Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

 Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb
# 16 yanvar 2014 12:10 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Sorsor kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Rəhimov Əhliman Bilal oğlunu idarə etdiyi 90-VX-282 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını ilə yolu keçmək istəyən piyadanı, rayon sakini, 1979-cu il təvəllüdlü Səmidov Famil Mirzəağa oğlunu vurub. Nəticədə F. Səmidov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR