Bakıda metroda baş verə biləcək bədbəxt hadisənin qarşısı alınıb

Bakıda metroda baş verə biləcək bədbəxt hadisənin qarşısı alınıb
# 11 dekabr 2013 15:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakının “28 May” Metro stansiyasında baş verə biləcək bədbəxt hadisənin qarşısı alınıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 17:20 radələrində stansiyanın platformasında dayanan 20-25 yaşlarında xanımın telefonu qatarın hərəkət zolağına düşüb. Bu zaman onunla birlikdə olan gənc xanımın telefonu götürmək üçün qatarın relsinə düşüb və telefonu götürüb. Bu, stansiyanın platformasında olan insanlarda həyəcanına səbəb olub və sərnişinlər qışqırmağa başlayıblar. Qatarın hərəkət zolağında çaşqınlıqda dayanan oğlan hadisə yerinə gələn polis işçilərinin səyi nəticəsində xilas edilib və barəsində inzibati tədbir görülməsi məqsədilə “Nizami” metrostansiyasında yerləşən polis şöbəsinə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR