® Mütəxəssislər ÜST-ni elektron siqaretləri problem kimi deyil, həllin hissəsi kimi görməyə çağırıb

<font color=red>® </font>Mütəxəssislər ÜST-ni elektron siqaretləri problem kimi deyil, həllin hissəsi kimi görməyə çağırıb
# 18 iyun 2014 12:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, onlar siqaret çəkilməsini, bununla bağlı ölüm və xəstəlikləri əsaslı şəkildə azaltma şansını qaçıra biləcəklərini qeyd edərək xahiş ediblər ki, ÜST elektron siqaretləri müntəzəm siqaretlərlə eyni təsnif etmək qərarını yenidən gözdən keçirsin.

Bu ilin oktyabr ayında Moskvada ÜST-nin sponsorluğu ilə keçiriləcək Tütün Nəzarəti üzrə Çərçivə Konvensiyası iclasından əvvəl alimlər Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasının hazırlıq iclasından sızan sənədə reaksiya verərək bildiriblər ki, ÜST elektron siqaretləri ictimai sağlamlıq üçün "təhlükə" hesab edir, müntəzəm tütün və siqaret üçün əlçatan alternativ olaraq onları kənarlaşdırmaq niyyətindədir. Snus artıq Tütün Nəzarəti üzrə Çərçivə Konvensiyasına daxil edilib.

ÜST-nin baş direktoru Marqarit Çana ünvanlanan məktubu imzalayan 53 nəfər mübahisə edir ki, tütün zərərini azaldan məhsullar 2025-ci ildə BMT-nin qeyri-yoluxucu xəstəliklərin azalması məqsədlərini qarşılamaqda mühüm rol oynaya bilər. Onların fikrincə, elektron siqaretlər və digər nisbətən az zərərli nikotin məhsulları problemin deyil, həllin bir hissəsidir.

Məsələ burasındadır ki, Tütün Nəzarəti üzrə Çərçivə Konvensiyası müxtəlif nikotin məhsullarının riskləri arasında fərq qoymur. Tütün Nəzarəti üzrə Çərçivə Konvensiyası tədbirlərini elektron siqaretlərə tətbiq etmək, onları digər tütün məhsulları, məsələn tütün siqaretləri ilə eyniləşdirəcək ki, buraya reklam qadağaları, tüstüsüz hava qanunvericiliyi, yüksək vergi tətbiqi və böyük sağlamlıq xəbərdarlıqları daxildir - bunların hamısı onların əldə olunmasını, cəlbediciliyini və əlverişliliyini azaldacaq.

İmzalayanlar xəbərdar edirlər ki, daha az zərərli məhsullara həddindən artıq məhdudiyyət siqaretləri daha az zərərli olan alternativlərlə rəqabətdən qorumaq kimi istənilməz nəticəyə gətirib çıxaracaq. “Əgər ÜST öz bildiyini edər və elektron siqaretləri ləğv edərsə, yalnız son üç onilliklər ərzində milyonlarla insanın potensial olaraq həyatını qurtara biləcək ən böyük ictimai səhiyyə yeniliyini məhv etməklə qalmayacaq, həm də istehlakçılara öz sağlamlıqlarına nəzarət etmək səlahiyyətini vermək nizamnaməsi altında öz şəxsi məsuliyyətini ləğv edəcək”, - deyə Emeritus London Imperial Kollecinin professoru, məktubu imzalayanlardan biri və qarşıda olan Nikotin üzrə Qlobal Forumun təşkilatçısı professor Gerri Stimson bildirib.

Qlobal olaraq 1,3 mlrd. insan siqaret çəkir və ÜST XXI əsrdə hamısının tamamilə qarşısının biləcəyi 1 mlrd-a qədər tütünlə bağlı erkən ölümlərin mümkün olacağını təxmin edir.

Tütünə nəzarət siyasəti son üç onilliklər ərzində siqaret çəkilməsi ilə bağlı olan zərərləri uğurla insanlara çatdırıb, siqaret çəkilməsinin qarşısını almaq üçün olan tədbirləri cəsarətləndirib və dünyanın bəzi yerlərində siqaret çəkilməsinin kəskin şəkildə qarşısını alıb - əsasən inkişaf etmiş ölkələrdə (bununla belə, siqaret çəkilməsi inkişaf etməkdə olan dünyanın bir çox hissəsində hələ də çoxalır).

Onilliklər ərzində məhsulların məhdudlaşdırılmasına və qadağan olunmasına əsaslanan beynəlxalq tütün nəzarətindən sonra ÜST və ictimai sağlamlıq rəhbərləri üçün düşüncələrini dəyişdirmək və nisbətən az zərərli nikotin məhsullarının insanlara siqaret çəkilməsini tərgitmək potensialının olduğunu görmək çətin ola bilər: ancaq lazım olan da məhz budur.

Məktubda qeyd edilir ki, ÜST və Tütün Nəzarəti üzrə Çərçivə Konvensiyası anlamalıdır ki, bütün tütün məhsulları zərərlilik baxımından eyni deyillər. Onlar siqaret çəkənlərin nisbətən az zərərli məhsullara keçdikləri zaman ölüm və xəstəlik sayında olan azalmaları qəbul etməlidirlər.

Məktubu imzalayanlardan London Kollec Universitetində Sağlamlıq Psixologiyası professoru və Tütün Araşdırmalarının Direktoru Robert Vest deyib ki, “ÜST-nin elektron siqaretlərin digər tütün məhsulları kimi riskli olması fikrini irəli sürməsi siqaret çəkməyi tərgitmək üçün elektron siqaret istifadə edən milyonlarla cari istifadəçi üçün yanlış və qəmgin ismarıc olar. Bu, siqaret çəkənləri elektron siqaretləri sınamaq həvəsindən salar və biz qlobal olaraq siqaret çəkməklə bağlı ölümləri azaltmağın əsas imkanını əldən buraxmış olarıq”.

Alimlər bir neçə ildir bilirlər ki, insanlar nikotin üçün siqaret çəkirlər, ancaq tüstüdən ölürlər. Siqaret çəkməkdən yaranan ölüm və xəstəliklər qətran hissəciklərinin nəfəsə düşməsi və toksik qazların ağ ciyərlərə yığılması səbəbindən baş verir.

Məktubu imzalayanlar inanırlar ki, elektron siqaret və snus kimi digər daha az zərərli məhsullar kimi tütünün ziyanını azaltma alətləri problemin həlli ola bilər. Hazırda siqaret çəkən insanlar nikotini az riskli, az alışan formada istehlak etsələr sağlamlıqlarına daha az ziyan etmiş olarlar.

Birləşmiş Krallığın Nottingem Universitetinin Epidemiologiya professoru Con Britton qeyd edib ki, “Elektron siqaret istehlakçılar tərəfindən irəli sürülmüş inqilab olub və milyonlarla həyat xilas etməyi bacaracaq artan ictimai səhiyyə təşəbbüsünə çevrilib. Bu, siqaret çəkənlərin öldürməyən nikotin məhsullarını nə dərəcədə istəyib-seçməsinin artdığını göstərir. Mən ümid edirəm ki, ÜST və bütün ictimai səhiyyə üzrə qərar verənlər elektron siqaretlərin verə biləcəyi səhiyyə imkanlarını dərk edib onlardan faydalana bilərlər”.

İmzalayanlar mübahisə edirlər ki, ÜST-nin tütün istehlakını azaltmaq məqsədləri xəstəlikləri və vaxtsız ölümləri azaltmaq kimi ilkin hədəflərlə bir sıraya qoyulmalıdır. Elektron siqaret kimi aşağı riskli nikotin məhsullarının azaldılmasının bu məqsədlər daxilinə aid edilməsi - ÜST-nin təklif etdiyi kimi - qeyri-məhsuldardır, əksinə, bu məhsullar hədəflərə çatmaqda mühüm rol oynamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR