Gürcüstan parlamentində britaniyalı jurnalistin Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı kitabın təqdimatı olub - FOTO

Gürcüstan parlamentində britaniyalı jurnalistin Ermənistan-Azərbaycan münaqişəsi  barədə yazdığı kitabın təqdimatı olub - <span style="color: red;">FOTO
# 13 iyun 2014 23:19 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə rəsmi şəxslər, habelə diplomatik korpus və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri kitabın nəşrinə dəstək verən “Sülh naminə Barışıq Resursları” (“Conciliation Resources working together for peace”) təşkilatının Qafqaz üzrə layihəsinin rəhbəri Ziqfird Vöber açaraq kitabın nəşrindən danışıb. Sonra Tiflisdə fəaliyyət göstərən ekspert Mixail Mirzaişvili, Ermənistandan gələn jurnalist-analitik Tatul Akopyan, Azərbaycanda fəaliyyət göstərən QHT təşkilatının Cənubi Qafqaz üzrə proqram rəhbəri Təbib Hüseynov və müəllif Tomas de Vaal kitabın məzmunu ilə bağlı fikir bildiriblər, həmçinin Dağlıq Qarabağ münaqişəsi, Qarabağda erməni və Azərbaycan icmasının rolu, münaqişənin sülh şəraitində həll olunması məsələsi, Xocalı faciəsi haqqında, Ermənistan-Azərbaycan müharibəsinin başlanmasının səbəbi barədə verilən suallar cavablandırılıb. Ermənistandan gələn jurnalist T. Akopyan Suriya qaçqınlarının Dağlıq Qarabağ ərazilərində yerləşdirilməsi məsələsi ilə bağlı Azərbaycan jurnalistinin sualına cavab verməyib.

Tədbirdən sonra Gürcüstan Parlamentinin Milli Kitabxanasının geniş salonunda “Assoşeyted press” Agentliyinin Qafqaz üzrə fotomüxbiri Şahvələd Ayvazovun, fotoqraf Qoqi Tsaqareişvilinin 1991-1993 və digər illərdə Dağlıq Qarabağda çəkdikləri foto şəkillərin sərgisi keçirilib. Sərgidə Tomas de Vaal çıxış edib.

“Qarabağ. Ermənistan və Azərbaycan sülh və müharibə şəraitində” kitabın müəllifi Tomas de Vaal APA-ya açıqlamasında kitabın 2003-cü ildən ingilis dilində “Black Garden” adı ilə nəşr olunduğunu və on il keçəndən sonra kitabı yeniləşdirdiyini və indi rus dilinə tərcümə olunaraq nəşr olunduğunu bildirib: “Kitab münaqişə gedən hər iki tərəfin faktları əsasında yazılıb. Mən münaqişənin səbəbinin mənbəyini və Qarabağ münaqişənin gedişini analiz etməyə cəhd etmişəm. Əlbəttə, bu münaqişənin cəmiyyətdə dərin kökləri var. Azərbaycanda və Ermənistanda kitabı oxuyan bir çox oxucular mənə narazılıqlarını bildiriblər, lakin mən şadam ki, erməni və azərbaycanlılardan çoxlu müsbət fikir dolu məktublar da almışam.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR