Ermənistan və Rusiya hökumətləri nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq

Ermənistan və Rusiya hökumətləri nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq
# 06 noyabr 2013 12:57 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Ermənistan prezidenti Serj Sarkisyan Atom Enerjisi üzrə Təhlükəsizlik Şurasının sədri Adolf Birkhoferlə görüşüb.

APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, energetika sahəsində əməkdaşlıq, AES-in yeni enerji blokunun tikintisi və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, gələcəkdə Ermənistan və Rusiya hökumətləri arasında nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR