Penitensiar xidmətdə bu ilin yarım ilinin yekunlarına həsr olunmuş əməliyyat şurası keçirilib

Penitensiar xidmətdə bu ilin yarım ilinin yekunlarına həsr olunmuş əməliyyat şurası keçirilib
# 24 iyul 2013 07:13 (UTC +04:00)

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, şurada Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin və İnsan haqları və ictimaiyyətlə əlaqələr idarəsinin məsul əməkdaşları iştirak ediblər.


Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev şuranı açaraq, Penitensiar xidmətin 2013-cü ilin 6 ayı ərzindəki fəaliyyətinə yekun vurub və qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib. “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər davam etdirilib.

Azərbaycan Respublikası Milli Məclisinin “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” 07 may 2013-cü il tarixli Qərarının vaxtında və dürüst icra edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib və iki mindən artıq məhkuma tətbiq edilib.


Qeyd edilib ki, Penitensiar xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ədliyyə naziri Fikrət Məmmədov müxtəlif xidmət sahələrindəki nöqsan və çatışmazlıqları şəxsi heyətin nəzərinə çatdıraraq, onların qısa müddət ərzində aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsini tapşırıb. Nöqsanların aradan qaldırılması ilə əlaqədar Penitensiar xidmət üzrə bütün xidmət sahələrini əhatə edən tədbirlər planı təsdiq olunub və əsasən icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR