Səttar Mehbalıyev: “Azərbaycanın kurort-sanatoriyalarının 80%-də qaçqın və məcburi köçkünlər yaşayır”

Səttar Mehbalıyev: “Azərbaycanın kurort-sanatoriyalarının 80%-də qaçqın və məcburi köçkünlər yaşayır”
# 24 aprel 2014 11:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kurort-sanatoriyalarının 80%-də qaçqın və məcburi köçkünlər yaşayır. APA-nın xəbərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib ki, həmin yerlərdən köçürmələr olsa da, binalar istifadəyə yararsız hala düşüb və onların bərpası üçün külli miqdarda vəsait lazımdır.

S. Mehbalıyevin sözlərinə görə, bəzən elə olur ki, orada məskunlaşanların bir qismi gedir, sonra yenidən qayıdır, bundan əlavə, digər bölgələrdə yaşayan qaçqınlar da gəlib həmin əraziləri zəbt edir: “Belə hallar həddindən artıq çoxdur və qarısını da ala bilmirik. Ona görə də sahə həmkarlar ittifaqlarını məcbur edirik ki, onlara daxil olan vəsaitdən qənaətlə istifadə edərək öz işçiləri üçün istirahət mərkəzləri tiksinlər. Keçən il Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Nabranda 288 yerlik istirahət mərkəzi tikərək istifadəyə verib. Həmin mərkəz qazlaşdırılıb. Mən sizə deyim ki, əgər Nabranda 1000 istirahət mərkəzi varsa, onun mində biri qazlaşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR