Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri 28 May - Respublika Günü münasibətilə bəyanat verib

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri  28 May - Respublika Günü münasibətilə bəyanat verib
# 30 may 2014 00:51 (UTC +04:00)

Bakı-APA. Mayın 28-də Kanada Parlamentinin iclası zamanı Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Barri Devolin Azərbaycanın Respublika Günü münasibətilə bəyanat verib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən xəbərə görə, bəyanatda, Barri Devolin 96 il əvvəl müsəlman aləmində ilk demokratik və dünyəvi respublikanın Azərbaycanda yaradıldığını qeyd edib. O, Azərbaycanın qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk müsəlman dövləti olduğunu vurğulayıb.

Müstəqil Azərbaycan dövlətinin iki il ərzində fəaliyyət göstərdiyini qeyd edən millət vəkili, Sovet İttifaqının süqutundan sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyini diqqətə çatdırıb.

Bəyanatın sonunda Barri Devolin Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan Respublikasına parlaq gələcək arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR