Moskva rəhbərliyi Biryulevodakı meyvə-tərəvəz bazasının açılmayacağını bildirib - YENİLƏNİB

Moskva rəhbərliyi Biryulevodakı meyvə-tərəvəz bazasının açılmayacağını bildirib - <span style="color: red;">YENİLƏNİB
# 14 yanvar 2014 13:07 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, A. Nemeryuk bazanın bağlı olaraq qaldığını söyləyib. O, şəhər hökumətinin bazanı satın alıb-almayacağı haqda sualı belə cavablandırıb: “Yox, biz ondan başqa cür istifadə edəcəyik”.

Pokrov bazasının fəxri prezidenti Maqomed Tolboyev də bazanın açılacağı haqda hər hansı informasiyaya malik olmadığını bildirib.

***

saat 15:27

Bakı. Anaxanım Hidayətova – APA. Moskva şəhərinin Qərbi Biryulevo rayonunda 3 ay əvvəl fəaliyyəti dayandırılmış meyvə-tərəvəz bazası yenidən fəaliyyətə başlayır.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ticarət obyektinin yanvarın 15-dən fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, oktyabrın 13-də Qərbi Biryulevo sakini Yeqor Şerbakovun öldürülməsindən sonra rayon ərazisində kütləvi qarşıdurma yaranıb və meyvə-tərəvəz bazası dağıdılıb. Məhkəmə bazanın fəaliyyətini 90 gün müddətinə dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR