İstintaq təcridxanasında məhkumdan mobil telefon aşkar edilərək götürülüb

İstintaq təcridxanasında məhkumdan mobil telefon aşkar edilərək götürülüb
# 24 yanvar 2014 14:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdən qanunsuz əşya aşkar edilərək götürülüb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Şirzad Azad oğlu Məmmədovun saxlandığı kameraya baxış keçirilərkən sanitar qovşağının hava borusunda gizlədilmiş, daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR