Malayziyada iki Azərbaycan vətəndaşı həbsə məhkum edilib

Malayziyada iki Azərbaycan vətəndaşı həbsə məhkum edilib
# 15 noyabr 2013 12:13 (UTC +04:00)

APA-nın Malayziyanın “Bernama” dövlət informasiya agentliyinə istinadən verdiyi məlumata görə, tikintidə çalışan 30 yaşlı fəhlə Nəbi Yaşar oğlu Abdullayev və 27 yaşlı müğənni Niyaməddin Xanlar oğlu Ələkbərov 2011-ci il noyabrın 27-də Kuala-Lupmur hava limanında saxlanılıblar. Onların üzərində müvafiq olaraq 558 qram və 490 qram metamfetamin narkotik maddəsi aşkarlanıb.

Hər iki şəxs Malayziyanın təhlükəli narkotiklər haqqında 1952-ci il tarixli qanununun 12 (2) maddəsi üzrə günahlarını etiraf edərək məhkum olunublar. Daha əvvəl isə bu şəxslərə qarşı 39V maddəsi ilə ittiham irəli sürülmüşdü. Bu maddə edam cəzasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR