İranda edamlar davam edir

İranda edamlar davam edir
# 05 noyabr 2013 08:46 (UTC +04:00)

APA-nın məlumatına görə, məhbuslar biri siyasi fəaliyyətinə, biri qətlə, biri isə narkotik maddələrin qaçaqmalçılığına görə asılıb.

İranın Saqqız şəhərində Şirkuh Moarrəfi edam edilib. Məhbus 2008-ci ildə həbs edilib və kürd müxalifət partiyalarının biri ilə əməkdaşlıqda günahlandırılaraq Saqqız İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən “Allaha qarşı müharibə aparmaq” ittihamı ilə ölüm cəzasına məhkum olunub. İranın Kürdüstan vilayətinin Apellyasiya Məhkəməsinin dördüncü şöbəsi verilmiş qərardan apellyasiya şikayətinə baxıb və aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. İran Ali Məhkəməsi isə 2009-cu ildə qərarı təsdiqləyib. Beləliklə, Ş. Moarrəfi ömrünün 6 ilini həbsdə keçirdikdən sonra noyabrın 4-də səhər saatlarında Saqqız şəhərinin mərkəzi həbsxanasında edam edilib. Onun cəsədi qohumlarına təhvil verilməyib.

İranın Rəşt şəhərində Rza Həbibi Gövhəri dara çəkilib. 40 yaşlı məhbus qətldə günahlandırılıb. R. Həbibi ömrünün təxminən 8 ilini həbsdə keçirib. Məhbus ailəsi ilə görüşdükdən sonra noyabrın 2-də səhər saatlarında Rəşt şəhərinin Lakan həbsxanasında edam edilib.

İranın Əhvaz şəhərində Şərif adlı məhbus dara çəkilib. Məhbus narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Müttəhim üzərində 1114 kiloqram 250 qram tiryəklə tutulduğuna görə Əhvaz İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra oktyabrın 30-da səhər saatlarında Əhvaz şəhərinin Karun həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR