Qusar rayonu da «Sazz 4G» şəbəkəsinə daxil edilib

Qusar rayonu da «Sazz 4G» şəbəkəsinə daxil edilib
# 25 noyabr 2013 14:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Sazz Internet» simsiz internet provayderi özünün əhatə dairəsinə Qusar şəhərini daxil edib. Artıq Qusar sakinləri 10 Mbit/saniyə qədər sürətli simsiz internetə qoşula biləcəklər.

«Sazz Internet»in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Qusar şəhərindəki «Sazz 4G» müştəri xidmətləri və satış mərkəzi Nurəddin Şərifov küçəsi,1A ünvanında, «Qusar Petrol» yanacaqdoldurma stansiyasının yaxınlığında yerləşir.

Qeyd edək ki, son iki ay ərzində «Sazz Internet» internet provayderi Zaqatala, Balakən, Qax şəhər sakinlərini də genişzolaqlı simsiz internetlə təmin edib.

«Sazz 4G» internetin «Standart» tarif paketi abunəçilərə eyni modemlə əhatə dairəsinin istənilən nöqtəsində internetə qoşulmaq imkanı yaradır.

«Sazz 4G» internet xidmətinin əhatə dairəsinə Bakı və Abşeron, Gəncə, Mingəçevir, Balakən, Zaqatala, Qax, Qusar, Xırdalan və Sumqayıt şəhərləri daxildir. Yaxın günlərdə Xaçmaz və Quba şəhərlərinin də «Sazz»ın əhatə dairəsinə daxil edilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR