Dənizkənarı Milli Parkı wi-fi şəbəkəsinə ödənişsiz çıxışla təmin olunub

Dənizkənarı Milli Parkı wi-fi şəbəkəsinə ödənişsiz çıxışla təmin olunub
# 30 may 2014 09:31 (UTC +04:00)

Bakı – APA-Economics. Bakıda Dənizkənarı Milli Parkın ərazisində yerləşən iaşə obyektləri wi-fi şəbəkəsinə ödənişsiz çıxışla təmin olunub. Bu barədə “APA-Ecopnomics”ə Dənizkənarı Milli Park İdarəsindən bildiriblər.

Qeyd olunub ki, təchizat hər kəsin internetdən ödənişsiz istifadə edə biləcəyi müxtəlif nöqtələrdən gedir.

O da bildirilib ki, parkın bütün ərazisini wi-fı şəbəkəsi ilə təmin olunması istiqamətində işlər gedir. Bununla bağlı artıq zəruri avadanlıqlar quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR