Bakıda 56 yaşlı kişi bıçaqlanıb

Bakıda 56 yaşlı kişi bıçaqlanıb
# 28 noyabr 2013 07:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 56 yaşlı kişi bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ağayev küçəsi, ev 14-ün qarşısında qeydə alınıb. 1981-ci il təvəllüdlü Elşad Teyyub oğlu Məmmədov aralarında yaranan münaqişə zəminində 1957-ci il təvəllüdlü Tərlan Həsən oğlu Mürsəlova beş bıçaq xəsarəti yetirib. T. Mürsəlov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən E. Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR