AHİK-də 31 Mart soyqırımı ilə əlaqədar tədbir keçirilib - FOTO

AHİK-də 31 Mart soyqırımı ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">FOTO
# 31 mart 2014 09:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, AHİK sədri Səttar Mehbalıyev bildirib ki, ermənilər Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə soyqırım aktları törədiblər.

Onun sözlərinə görə, bu soyqırımlar nəticəsində minlərlə azərbaycanlı həlak olub və yurdundan didərgin salınıb: “Millətimiz öz humanistliyin göstərib onlara yer versə də, onlarb bizə qarşı həmişə ərazi iddiasında olub, xalqımızın başına olmazın müsibətlərini gətiriblər. 1918-ci ilə Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə 30 mindən artıq azərbaycanlını qətlə yetiriblər. Təkcə Şamaxıda 8 mindən artıq insan qətlə yetirilib”.

S.Mehbalıyev qeyd edib ki, bu gün ermənilərin soyqırım və işğalçılıq siyasətinin dünyaya çatdırılması istiqamətində ölkə rəhbərliyi, o cümlədən AHİK tərəfindən müvafiq işlər görülür.

Tarix elmləri doktoru Vəkil Həsənov isə çıxışında ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımlar barədə geniş məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR