Fələstin prezidenti Mahmud Abbas İsrail parlamentində çıxış etməyə hazırdır

Fələstin prezidenti Mahmud Abbas İsrail parlamentində çıxış etməyə hazırdır
# 23 yanvar 2014 07:22 (UTC +04:00)

Bakı – APA. Fələstin dövlətinin prezidenti Mahmud Abbas İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyə və Knessetdə çıxış etməyə hazırdır.

APA – nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu İsrail jurnalistlərinə açıqlamasında M. Abbasın özü deyib.

“Mən İsrail deputatları qarşısında çıxış etmək ideyasına qarşı deyiləm və bunu müzakirə etməyə hazıram. Netanyahunun da nə vaxtsa Fələstin parlamentində çıxış etmək üçün dəvət olunması mümkündür”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR