Fransada Yeni il gecəsi 1000-dən çox avtomobil yandırılıb

Fransada Yeni il gecəsi 1000-dən çox avtomobil yandırılıb
# 02 yanvar 2014 17:58 (UTC +04:00)

Bakı-APA. Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Fransada 1067 avtomobilin yandırılması qeydə alınıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə NST telekanalı məlumat yayıb.

Məlumata görə, müvafiq bəyanatla Fransa DİN rəhbəri Manuel Valls çıxış edib. Nazirin sözlərinə görə, keçən illə müqayisədə bu dəfəki Yeni il gecəsi yandırılan avtomobillərin sayında 10% azalma qeydə alınıb. Qeyd edək ki, ən çox avtomobil (80%) Sent-Etyen şəhərində yandırılıb.

“Fransada son zamanlar Yeni il gecəsi törədilən bu cür vəhşilik aktları bayram masasında şampanın olması kimi adı bir hala çevrilib”, deyə kanal qeyd edib.

Qeyd edək ki, bu vaxtadək Yeni il gecəsi yandırılan avtomobillərin sayı rəsmi qurumlar tərəfindən açıqlanmırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR