«Zamin Bank»ın aktivləri ötən il 18% artıb

«Zamin Bank»ın aktivləri ötən il 18% artıb
# 03 fevral 2014 09:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 445,239 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,5% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,3% artaraq 263,923 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 122,011 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə nisbətən 32,2% azdır. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 6,1% artaraq 10,363 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,2 faiz bəndi azalaraq 3,9%-ə düşüb.

Bankın depozit portfeli ötən il 5,9% azalaraq 95,589 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 88,242 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,4% çoxdur.


Hesabat ilində bankın məcmu kapitalı 18,1% artaraq 50,599 mln. manat, o cümlədən nizamnamə kapitalı 24,2% artaraq 46,182 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 14,1% artaraq 146 161, o cümlədən fiziki şəxslərin sayı 14,7% artaraq 136 717, hüquqi şəxslərin sayı 5,6% artaraq 9 444 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 30 925-ə bərabər olub ki, bu da illik müqayisədə 13,2% çoxdur. O cümlədən, debet kartların sayı 11,3% artaraq 29 473-ə, kredit kartların sayı 72,8% artaraq 1 452-yə çatıb.


Hazırda bankın ölkə üzrə 38 filialı, 39 bankomatı, 1 891 POS-terminalı fəaliyyət göstərir. Bankın 673 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR