“Azərbaycan Dəmir Yolları”: Bakı-Böyük Kəsik istiqamətində Muğan-Qarasu mənzilində qatarların hərəkəti tam bərpa olunub

 “Azərbaycan Dəmir Yolları”: Bakı-Böyük Kəsik istiqamətində Muğan-Qarasu mənzilində qatarların hərəkəti tam bərpa olunub
# 01 fevral 2014 10:38 (UTC +04:00)

Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Qeyd edək ki, 29 yanvar saat 12.15-də «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl və 1 tikinti materialı vaqonu aşıb, yükü dağılıb, nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Elə həmin gün «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin, “Dəmiryolservis” MMC-nin və «Fövqəladə Hallar Qatarı» MMC-nin canlı qüvvəsinin və texnikasının gücü ilə gecə saat 23.30-da hərəkət birtərəfli (Böyük Kəsik-Bakı istiqamətində) bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR