Prokuror qayınatası və qaynanasını öldürən şəxsə ömürlük həbs cəzası istəyib

Prokuror qayınatası və qaynanasını öldürən şəxsə ömürlük həbs cəzası istəyib
# 25 iyun 2014 14:29 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 30-da davam etdiriləcək.

Qeyd edək ki, B. Həsənov hadisədən əvvəl qohumlarının kirayədə yaşadığı evə gəlib. Burada onların arasında mübahisə baş verib. Mübahisə zamanı Bayram özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açaraq qaynanası və qayınatasını qətlə yetirib.


B. Həsənov hadisəni törədəndən sonra qaçıb. Amma çox uzağa gedə bilməyib. Abşeron polisi onu Binəqədi rayonu ərazisində yaxalayıb.


B. Həsənov ilkin ifadəsində deyib ki, 3 ilə yaxındır ailəsində problemlər var. Bir neçə gün əvvəl Bayramın 7 il birlikdə yaşadığı həyat yoldaşı Gülnar Həsənova azyaşlı qızlarını götürərək ata evinə gedib. Bundan sonra isə münasibətlər daha da gərginləşib. Münasibətlərə aydınlıq gətirmək üçün qohumlarının evinə gələn B. Həsənov burada onlarla mübahisə edib. Mübahisə zəminində əvvəl havaya atəş açan B. Həsənov qaynanasını, sonra isə qayınatasını odlu silahla qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR